Ukraynanın Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçildi

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski Avropa  Parlament Assambleyasının vitse-prezidenti seçilib.Şurası

Etikxeber.az-ın məlumatına görə, G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: “O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

Qeyd edək ki, G. Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır və milliyyətcə yəhudidir.

Etikxeber.az

Read Previous

Mirzəzadə Dövlət Neft və Sənaye Universitetində İctmai Etimad Şurasının sədri oldu – FOTOLAR

Read Next

Azər Badamovla Aydın Mirzəzadə şəhid Çingiz Qurbanovun ailəsini ziyarət edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir