Ülviyyə Həsənqızı dekabrın 20-də əməliyyat olunacaq – DEPUTAT

“Bu gün Milli Onkologiya Mərkəzini ziyarət etdik,xəstəxananın baş həkim müavini ilə görüşdük,əziz həmkarımız Ulviyyə Həsənqızının əməliyyatı ilə maraqlandıq.İnşallah Ülviyyə 3-cü gün əməliyyata girəcək. Ülviyyənin özü ilə də görüşdük və “ona hər şey yaxşı olacaq,buna inan” söylədim. Biz az əvvəl yenə telefonla danışdıq və ona “Ülviyyə, yüzlərlə həmkarın, sadə insanlar sənin üçün dua edir, həkimlər sənin sağalman üçün əllərindən gələni edirlər, sən də daxili inamınla, gücünlə biz inanırıq ki, xəstəliyə qalib gələcəksən” dedim. Və inanıram ki, belə də olacaq”.

Etikxeber.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva qeyd edib.

O, qeyd edib ki,  Ü. Həsənqızı güclü qızdır, bu xəstəliyə də qalib gələcək və tam sağalaraq sevənlərinin yanına,işinə dönəcək və uzun illər mutluluqla yaşayacaq.

“Dualarınızı əksik etməyin.

Milli Onkologiya Mərkəzinin rəhbəri, gözəl alim Cəmil müəllimə, Ülviyyəyə diqqət və qayğısını əksik etməyən bütün həkim və tibb işçilərinə bir daha təşəkkürlər”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Həsən Məmmədzadə Litvadan Tacikistana göndərildi – SƏRƏNCAM

Read Next

“Bələdiyyə sədrləri öz vəzifələrinin icrasına ciddi əməl etməlidir…” – RƏHİMZADƏ – FOTOLAR – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir