“Ümid edirəm ki, əlində məhkəmə qərarı olan 600-dən çox müharibə əlillinin ciddi narahatçılığına çox qısa zamanda aydınlıq gətirilib, problemləri həll ediləcək”-QƏNİRƏ PAŞAYEVADAN YENİ AÇIQLAMA

Mənim Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında etdiyim çıxışın bəzi sosial media iştirakçıları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), nazir Sahil Babayevin ünvanına deyilmiş kimi təqdim olunduğunu gördüm. Qeyd etmək istərdim ki bu tam yanlış qənaətdir. Bugünkü çıxışıma, çıxışın mətninə diqqət etmiş tamaşaçı, dinləyici və oxuculara da bəlli olduğu kimi, mən orada nəinki ƏƏSMN-in fəaliyyətini tənqid etmişəm, əksinə bu nazirliyə etdiyimiz bütün müraciətlərin operativ və qanunauyğun şəkildə müsbət cavanlandırıldığını qeyd etmişəm. Çünki nazir Sahil Babayevə və nazirlik rəsmlərinə vətəndaşlarımızla bağlı etdiyimiz müraciətlərə hər zaman çox qısa zamanda cavablar verilib və onlar operativ şəkildə hər zaman məsələni nəzarətə götürüblər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

“Mənim qaldırdığım məsələ 1992-97-ci illərdə ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərin iştirakçısı olarkən yaralanmış və sonradan sağlamlıqlarına dəymiş zərərə görə əlillik təyin olunmuş bir qrup müharibə əlili vətəndaşlarımızla bağlı olub”-deyən millət vəkilinin sözlərinə görə, bu kateqoriyadan olan bəzi vətəndaşlarımız bizə müraciət edərək onlara ödənməli olan sığorta pulu ilə bağlı məhkəmə qərarlarının olmasına baxmayaq hələ də ödənişin gerçəkləşmədiyini və bu məsələdə dəstək göstərilməsini xahiş ediblər.

“Dövlət sığorta kommersiya qurumundan (Azərsığorta) bu barədə soruşduqda bildirirlər ki, bu məsələnin həlli Mərkəzi Bank və Maliyyə Nazirliyinin diqqətindədir. Amma “nə zaman məhkəmə qərarı icra ediləcək” sualımıza Azərsığorta rəsmlərindən nə vətəndaş, nə də biz konkret cavab ala bilirik. Ümid edirəm ki, əlində məhkəmə qərarı olan 600-dən çox müharibə əlillinin ciddi narahatçılığına adıçəkilən qurumlar çox qısa zamanda aydınlıq gətirib problemi həll edəcəklər”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Jurnalistlər binası”nda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq-DÜNYASINI DƏYİŞDİ…

Read Next

“Ermənistanın taleyi Azərbaycanla bağlıdır, ona görə də səbirli, ağıllı siyasət həyata keçirərək vaxtı, zamanı düzgün seçməliyik”-SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir