“Ümumi təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupunun tərkibinin təsdiqi məsələsinə baxılıb.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli adıçəkilən sənədin hazırlanmasını vacib və əhəmiyyətli hesab edib.

O, bildirib ki, ölkənin ümumi təhsil sistemində böyük dəyişikliklər baş verib və bu  dəyişikliklər yeni qanunun qəbulunu vacib edir:

“Biz ümumi təhsil sistemimizdə baş verən dəyişikliklərə uyğun olaraq, belə bir qanun layihəsinin hazırlanmasını vacib saydıq. Bunu təhsilimizin inkişafına çox böyük təsiri olacaq. Əlimizdə də xeyli materiallar var. Yay dövründə də onlara baxacağıq və sentyabr ayında ilkin variantı ortaya qoyacağıq”.

Müzakirələrdən sonra İ. Həbibbəylinin sədrliyi ilə İşçi Qrupunun tərkibi təsdiqlənib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakıdakı məktəblərin 10 faizində sıxlıq var – TƏHSİL NAZİRİ – YENİLƏNİB

Read Next

Azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir