Ümumrusiya Azərbaycanlılar Konqresi iki üzvünü təşkilatın sıralarından qovdu

Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının (ÜAK MŞ) Rəyasət heyəti İslam Hüseynovu və Rəsul Əkbərovu ÜAK-ın üzvlüyündən çıxarıb.

ÜAK-ın mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının Rəyasət heyəti xüsusilə iri məbləğdə fırıldaqçılığa görə Rusiyanın Ulyanovsk Vilayət Məhkəməsi tərəfindən məhkum edilmiş (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) İslam Rövşən oğlu Hüseynovu qurumun Nizamnaməsinin başlıca müddəaları əsasında ÜAK-ın üzvlüyündən çıxarmaq barədə qərar qəbul edib.

ÜAK MŞ-nin Rəyasət heyəti Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 119-cu maddəsinin 1-ci hissəsində (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 115-ci maddəsinin 2-ci hissəsində (qəsdən sağlamlığa yüngül zərər vurma) nəzərdə tutulmuş cinayətlərə görə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Oneqa Rayon Məhkəməsi tərəfindən məhkum edilmiş Rəsul Cupu oğlu Əkbərovun təşkilatın üzvlüyündən çıxarılması haqqında da qərar qəbul edib.

ÜAK Mərkəzi Şurasının Rəyasət heyətinin qərarları haqqında məlumat regional hakimiyyət orqanlarına göndərilib.

ÜAK-ın Rəyasət heyətindən vurğulayıblar ki, Rusiya Federasiyasının qanunvericiliyini pozan şəxslər Ümumrusiya Azərbaycanlılar Konqresinin üzvləri ola bilməzlər, çünki bu, Konqresin Nizamnaməsinin əsas müddəalarına ziddir.

Etikxeber.az

Read Previous

Azərbaycanlı musiqiçilər Rusiya Böyük Teatrında çıxış edəcək

Read Next

BULUDlar nə qədər özlərini YİGİD hesab etsələr də, sərhədləri təyin edə bilməz – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir