Ümumtəhsil müəssisələrində əyani tədris bərpa olunur-BU GÜNDƏN

Bu gündən ümumi təhsil müəssisələrində əyani tədris bərpa olunur.

Etikxeber.az-ın məlumatına görə, 1 fevral tarixindən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. 

İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. 

Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.

Qeyd edək ki, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Ötən ilin 2 noyabr tarixindən isə tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib.

Etikxeber.az

Read Previous

“Bir daha kimsənin öz qara, kirli, murdar əllərini Qarabağa, onun gözünün didəsi olan Şuşamıza toxundurmasına, ona sahiblənməsinə imkan verməyəcəyik! Şuşa, Qarabağ bizimdir, can Azərbaycanındır!”-MİLLƏT VƏKİLİ YAZIR

Read Next

Fazil Mustafa dövlət qurumlarını əhaliyə düzgün izahat verməyə çağırdı-ZAHİD ORUC “İKİQAT ÖDƏMƏLƏR” MƏSƏLƏSİNİ QALDIRDI, ƏLİ MƏSİMLİ ŞƏHİD ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİNİ TƏKLİF ETDİ, TAHİR KƏRİMLİ TARİF ŞURASINI “KABUS” ADLANDIRDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir