“Süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür…”-BAŞ NAZİR

Görülmüş bütün kompleks tədbirlərə baxmayaraq, buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb.

Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov yanvarın 18-də ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ifadə edib.

Baş nazir diqqətə çatdırıb ki, ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər görülüb:

“Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırılması, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditləri ayrılıb”.

Bildirilib ki, qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir.

Etikxeber.az

Read Previous

Əliyev Putinə-ZƏNG ETDİ…

Read Next

Tağıyevin heykəlinə hörmətsizlik: Heykəli zədələməkdə şübhəli bilinən şəxslər saxlanıldı-HEYKƏL BƏRPA EDİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir