“UNESCO ikili standartları kənara qoyub, mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir”-FƏXRƏDDİN ALTUN

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun UNESCO-ya müraciət edib.

Etikxeber.az xəbər verir ki, Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri deyib ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib.

F. Altun bildirib ki, buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.

“Bu torpaqların əsl sahibi olan Azərbaycan torpaqlarını işğaldan azad etdi”-deyən F. Altun bildirib ki, 1 milyon azərbaycanlı bu torpaqlara geri qayıdacaq:

“Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda, bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb:

“Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Etikxeber.az

Read Previous

Yağış yağacaq-SABAH

Read Next

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə-SƏFƏRLƏRİ – YENİLƏNİB – (2) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir