Unikal sikkə buraxılır: gümüş üzük içində şəffaf disk

Latviya Bankı texniki icrasına görə unikal 5 avro nominallı “Yer kürəsi” yeni kolleksiya sikkəsini dövriyyəyə buraxacaq. O, “Perlucor” şəffaf keramik materialından hazırlanıb. Gümüş üzüklə haşiyələnmiş sikkənin mərkəzində Yer kürəsinin təsviri var.

Etikxeber.az xəbər verir ki, sikkənin qiyməti 85 avrodur və beş min nüsxə tirajla buraxılıb.

Yeni pulun dizayn müəllifi Martsis Kalninşdir. Sikkə Litvanın “Lietuvos Monetu Kalykla” sikkəxanasında hazırlanıb.

Bu, Latviya Bankı tərəfindən cari ildə buraxılan yeddi kolleksiya sikkəsindən sonuncusudur.

Etikxeber.az

Read Previous

“Valyuta spekulyasiyalarına Çin, Rusiya, Azərbaycan da məruz qalır…” – PREZİDENT

Read Next

Tramp Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini belə şərh etdi: “Pisdir…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir