Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətəni uca tudu igid oğullar,
Vətən üçün candan keçdilər.
Bayrağını uca tutdular,
Doğma Qarabaği azad etdilər.
Bu Vətən, bu Xalq sizi unutmadı Qəhrəman oğullar!
Vətən torpaqlarının müdafiəsi üçun Vətən oğulları silaha sarıldı.
“Qana-qan, cana-can”-deyərək, bir qarış torpağı belə mənfur düşmənə vermədilər.
Bu gün hər yerdə üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır!
…Azərbaycan Texniki Unversitetinin (AzTU) kitabxanasında Qəhrəman şəhidlərmizin xatirəsinə həsr olunmuş və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının qələmə aldığı “Unudulmaz ogullar” kitabının təqdimatı keçirilib.
Tədbirdə Şəhid ailələri, ictimaiyyət nümayəndələri, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, tədbirdə ilk öncə mərhum dövlət başçısı Heydər Əliyev və Səhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxışlar başlayıb.
Çıxış edənlərin hər biri müəllifə yeni-yeni yaradıcılıq uğurları diləyiblər.
Daha sonra müəllif kitab haqqında məlumat verərək, qonaqlara,Texniki Universitetin rəhbərliyinə, o cümlədən Zöhrə Məmmədovaya təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarına müəllif tərəfindən kitablar hədiyyə olunub, xatirə fotoları çəkdirilib.




Etikxeber.az