Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi çox vacibdir.
Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin komitə sədrinin müavini Əli Məsimli deyib.
Ə. Məsimli bildirib ki, ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirini qəbul edən zaman ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi istiqamətində əlavə işlər görülməsini tapşırıb:
“Ölkə başçısı ilə nazirin görüşü zamanı vacib məqam ortaya çıxmışdı. Nazirlik pay torpağı olan 7000 ailəyə ünvanlı sosial yardım verilməsini təmin etmişdi. Deməli, bundan başqa da pay torpaq sahəsi olan insanların da ünvanlı sosial yardım alması mümkündür. Pay torpağı olan insanlara ünvanlı sosial yardım verilməməsi məntiqə sığmayan addımdır. Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi sahəsinə kiçik pay torpaqları olan insanların da daxil edilməsini təklif edirəm”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az