“Ünvanlı yardım və işçilərlə əmək müqavilələrinin imzalanması məsələsində ciddi problemlər var” – JALƏ ƏLİYEVADAN ETİRAZ – FOTO-VİDEO – YENİLƏNİB

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, professor Jalə Əliyeva ünvanlı sosial yardımın müəyyənləşdirilməsində və verilməsində yaşanan problemlərdən narahatdır.

Etikxeber.az-ın xəbərinə görə, J. Əliyeva bu narahatlığını MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən ilk iclasında da dilə gətirib.

O, bu məsələdə üzə çıxan və vətəndaşların narahatlığına səbəb olan məqamların aradan qaldırılması istiqamətində həm qanunvericilik, həm də müvafiq qurumlar səviyyəsində addımların atılmasını təklif edib.

J. Əliyeva eyni zamanda, işçilərlə əmək müqavilələrinin imzalanması məsələsində hələ də problemlərin yaşanması və qalmasından təəssüfünü bildirib, bu yöndə də addımların atılmasının vacibliyini vurğulayıb.

***

“Bu gün Əmək və sosial siyasət komitəsinin iclasında komitənin işlər planı müzakirə edildi. İşlər planında yer alan digər əhəmiyyətli məsələlərlə bərabər, məşğulluq haqqında qanun layihəsinə də bəzi təklifərimizi səsləndirdik. Bu təkliflər daha çox ailələrdə və fərdi təsərrüfatlarda qeyri-rəsmi işləyən vətəndaşların sığortasının və pensiyasının təmin edilməsi üçün onlara statusun müəyyənləşdirilməsi, ünvanlı sosial yardımların tətbiq edilməsi mexanizmlərinin bir daha nəzərdən keçirilməsi, ünvanlı sosial yardımların daha çox işsiz təbəqəyə şamil edilməsini təmin etmək üçün hazırda mövcud olan qaydaların təkmilləşdirilməsi ilə bağlı idi”.

Bunu isə J. Əliyeva özünün “Facebook” statusunda yazıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildi-YERİNDƏ 3 QURUM YARADILDI

Read Next

“Vəziyyət tam nəzarət altındadır”-TƏBİB-İN SƏDRİ – MM-İN İKİ KOMİTƏSİNİN QAPALI İCLAS BAŞA ÇATDI – FOTOLAR -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir