“Urmiya gölünün vəziyyəti yaxşı deyil…” – HADİ BAHADURİ

İranlı deputat Bakıda Urmiya gölündən danışdı

İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölünün vəziyyəti yaxşı deyil. 52 min kvadrat kilometrdən ibarət olan bu gölün quruması çox mənfi təsir göstərib.

Etikxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında İran Parlamentinin deputatı Hadi Bahaduri deyib.

bahaduri

O, bildirib ki, yaxınlıqda müxtəlif su anbarlarının yaradılması, su quyularının qazılması, tarlaların bağlara çevrilməsi və bu kimi məsələlər, eləcə də suyun daha çox istifadə olunması belə bir ekoloji fəlakətə səbəb olub.

H.Bahaduri qeyd edib ki, İran dövləti Urmiya gölünün yenidən qurulması, dirçəldilməsi üçün addımlar atır.

“Bu, tədbirlər 6 ildir ki, davam etdirilir. Hətta bununla bağlı dövlət proqramı da hazırlanıb”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Dünyanın bir gün də olsa, dincliyə ehtiyacı var – İNDONEZİYALI DEPUTAT

Read Next

Siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir – OSORU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir