Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün birgünlük təlim keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Təmiz Dünya” Qadinlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Bildirib ki, təlimdə İnsan alverinə qarşı Mübarizə üzrə QHT Koalisyasının üzvləri aktiv iştirak edib.
Təlimdə müzakirə edilən mövzular bunlar olub:
İnsan alveri fenomeni, İnsan alverinin forma və vasitələri, Uşaq alverinin qarşısının alınmasında Azərbaycan Respublikasının beynəlxaq öhdəlikləri, Uşaq istismarının növləri, İşəgötürən nəyi bilməlidir, Uşaqlara qarşı kibertəqib və zorakılıq, Uşaq istismarının psixoloji təsirləri, İdentifikasiyanın əhəmiyyəti, Ümumi indikatorlar, İlkin tanınma indikatorları.
M.Zeynalova bildirib ki, təlim interaktiv keçməklə yanaşı, qrup işlər, beyin hücumları və digər alətlərdən istiafdə edilərək aparılıb.
Təlimi DİN-in İAQMBİ-nin şöbə müdiri Araz Babayev, Koalisiyanın sədri Mehriban Zeynalova, Qadın Təşəbbüsü və Sosial Problemlerin Həllinə Yardim İctimai Birliyinin təlimçisi Günel Ələkbərova aparıb.
Eyni zamanda, Koalisiya üzvlərinin gələcəkdə təqdim edilən mövzu üzrə təlimləri aparması məqsədilə üzvlər üçün təlim modulu hazırlanıb.
Təlim modulu Günel Ələkbərova və Mehriban Zeynalova tərəfindən hazırlanıb.
Etikxeber.az