“Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir…” – BAHAR MURADOVA

 Milli Məclisdə (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclası keçirilir.

Etikxeber.az xəbər verir ki, “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən tədbiri MM sədrinin müavini Bahar Muradova açıb.

B. Muradova deyib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır.

Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir.

“Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir”- deyən B.Muradova qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.

İclas davam edir.

Etikxeber.az

Read Previous

“Alman deputatlar Türkiyənin “İncirlik” aviabazasına buraxılmayacaq, ona görə ki…” – TÜRKİYƏ

Read Next

XİN Kiprin xarici işlər nazirinə etiraz etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir