Uşaq istirahət düşərgəsində dəhşətli yanğın: Azı 3 nəfər ölü – FOTO

Ukraynanın Odessa şəhərində  uşaq istirahət düşərgəsində baş verən yanğın nəticəsində 3 uşaq ölüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Ukrayna Milli polisinin nümayəndəsi Ruslan Forostyak bildirib.

“İlkin məlumata görə, yanğın nəticəsində 3 uşaq ölüb”-deyə, R.Forostyak yazıb.

Bundan əvvəl 1 uşağın öldüyü, 3-ün xəsarət aldığı, daha 3-ün isə itkin düşdüyü bildirilirdi.

“Viktoriya” istirahət düşərgəsində güclü yanğın sentyabrın 16-a keçən gecə baş verib. Yanğın baş verən zaman düşərgədə ümumilikdə 150 uşaq olub. Hazırda yanğın tamamilə söndürülüb.  İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub.

Etikxeber.az

Read Previous

Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında oldu – FOTO

Read Next

Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasına rəhbərlik edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir