“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi keçiriləcək

İstedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunmaları, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildiriblər ki, müsabiqə iki mərhələdə təşkil olunacaq.

Birinci mərhələ – rayon (şəhər) mərhələsi oktyabrın 17-də keçiriləcək.

Yarışmada ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.

Müsabiqə incəsənətin dekorativ tətbiqi sənət və dizayn növləri üzrə təşkil olunur. İştirakçılar bu növlərdən yalnız biri üzrə yarışmaya qatıla bilərlər.

Birinci mərhələdə müvafiq incəsənət növləri üzrə birinci və ikinci yerə layiq görülən işlər respublika mərhələsində iştirak hüququ qazanacaq. Qalib işlər oktyabrın 19-dan 21-dək Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına təqdim edilməlidir.

Respublika mərhələsində hər növ üzrə müvafiq olaraq ilk üç yeri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Etikxeber.az

Read Previous

Ənvər Əlibəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Read Next

94 min ailənin şəraitinin yaxşılaşdırılmasına ehtiyac var-ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir