Uşaqkən oğurlanmış şəxs 19 ildən sonra ailəsinə qovuşdu…

Çinin Xebey vilayətində uşaqkən oğurlanmış oğlan 19 ildən sonra ailəsinə qovuşub.

Etikxeber.az xəbər verir ki, 1998-ci ildə Çisian qəsəbəsində başqa vilayətdən olan miqrant fəhlə ailəsinin oğlan övladı 11 aylığında itkin düşmüşdü. Polisinin axtarış səyləri uzun müddət nəticə verməmişdi.

Lakin bu ilin fevralında Çin İctimai Təhlükəsizlik Nazirliyinin yenidən başlatdığı təhqiqatın gedişində 4 şübhəli şəxs saxlanılıb. Onların etirafı sayəsində oğurlanmış şəxs qonşu Şandun vilayətində tapılıb.

Həmin adamın 19 il əvvəl itkin düşmüş oğlan uşağı olması DNA analizi nəticəsində təsdiqini tapıb və o, ailəsinə qovuşub.

Etikxeber.az

Read Previous

“…Kimin yanında yer almalıyıq, yəhudilərin, yoxsa ərəblərin, düzgün deyil” – DEPUTAT

Read Next

Mbappe Fransada ilin ən yaxşı gənc oyunçusu elan edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir