“Uşaqlar arasında qumar oyunlarına maraq həddindən çox artıb” – QƏNİRƏ PAŞAYEVA

Son zamanlar uşaqlar, yeniyetmələr arasında qumara, qumar oyunlarına çox böyük maraq yaranıb. Bu, çox qorxulu tendensiyadır. Artıq “SOS” siqnalı çalmağın vaxtıdır. Biz bu qorxulu tendensiyanın qarşısını almalıyıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı deyib.

Millət vəkili eyni zamanda, uşaqların tütün məhsullarına “marağı”nın artmasından narahatlığını ifadə edib.

GANİRA-MM

“Düzdür, qanunvericiliklə bu məsələlər tənzimlənir, amma məsələ bununla bitmir. Bu gün məktəblərin ətrafında tütün məhsulları satan mağazalar, dükanlar, marketlər var. Orada açıq-aşkar tütün məhsulları satılır və uşaqlar da onlardan istifadə edərək, zərərli vərdişlərin aludəçisinə çevrilirlər.

Biz elə etməliyik ki, bu kimi halların qarşısı alınmsın. Uşaqlarımız qumarın, qumar oyunlarının, tütün məhsullarının, zərərli vədrişlərin iştirakçısına və aludəçisinə çevrilməsinlər. Bu təhlükəli tendensiyanın qarşısı mütlıq alınmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Rayonda 3 gün seriala baxırlar, sonra başlayırlar…” – SİYAVUŞ NOVRUZOV

Read Next

Fazil Mustafadan-ZİYAFƏT ƏSGƏROVA CAVAB ÖZÜNÜ GÖZLƏTMƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir