Uşaqlarda çəki problemi mövcuddur – ƏHLİMAN ƏMİRASLANOV

Dünya statistikası da göstərir ki, son on ildə nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada boşanmalarda, ailələrin dağılmasında say artıb. Ən azı boşanmalar iki dəfə artıb ki, bu, çox ağır və dəhşətli göstəricidir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səsləndirib.

ahliman-1

Komitə sədri deyib ki, erkən, qeyri-qanuni nikahlardan, boşanmalardan ilk əziyyət çəkən uşaqlar və qadınlar olur:

“Xüsusilə də, uşaqlar boşanmaların, ailədaxili konfliktlərin yaratdığı problemlərin fəsadlarından ciddi əziyyət çəkirlər. Onlar bir çox hallarda qorxulu, keçici xəstəliklərə  tutulurlar ki, sonradan həmin uşaqların müalicəsi, müayinəsi çox çətin olur. Bununla yanaşı, uşaqlarda cəki problemi özünü göstərir. Səhv etmirəmsə, o gün millət vəkillərindən biri də bu məsələyə toxundu. Bəzən biz belə məsələlərə ciddi əhəmiyyət vermirik, amma əslində bunlar ciddi problemlərdir. Onlara ciddi əhəmiyyət verməliyik. Çünki çəki məsələsi də uşaqların sağlamlığına ciddi təhlükə yaradır. Ümumiyyətlə, bu məsələlərdə maarifləndirmə, təbliğat işlərini də gücləndirməliyik…”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanda 270 min əlil uşaq var?!

Read Next

Qız qaçırma ilə adam oğurlğunu eyniləşdirmək olmaz – SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir