“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı – YENİLƏNİB

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin iclasında “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, iclasda bildirilib ki, qanun layihəsi 5 fəsil 23 maddədən ibarətdir.
Sənəddə informasiya məhsulları və bu məhsulları qəbul edən şəxslərin yaş qrupları təsnifatlandırılır.

Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, informasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər əksini tapıb.

Layihə yenidən işlənməsi üçün komitədə saxlanılıb və MM-in plenar iclasına tövsiyə olunmayıb.

***

Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, qanun layihəsi 5 fəsil 23 maddədən ibarətdir. Layihədə informasiya məhsulları və bu məhsulları qəbul edən şəxslərin yaş qrupları təsnifatlandırılır. Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, infromasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər əksini tapıb.

Bu qanun layihənin qəbulunu olduqca vacib sayan A.Naxçıvanlı qeyd edib ki, bəzən valideynlər uşaqlarını internet klublara göndərirlər. Lakin uşağının orada nələrə baxması barədə məlumatlı olmurlar: “Hətta bəzən valideynlər deyielər ki, uşaq internet klubdan çox aqressiv qayıdır. Ona görə də valideynlər mütləq uşaqlarının internet klublarda nələrə baxmaları ilə maraqlanmalıdırlar”.

Komitənin üzvü Dilarə Cəbrayılova KİV-lərin uşaqlarla bağlı bəzi məlumatların yayılmasında çox diqqətli olmasını vacib sayıb:

“Son vaxtlar uşaqlar arasında intihar halları artıb. Lakin xəbər saytları durmadan intihar halları barədə məlumatlar verirlər. Bəzi informasiyalar isə uşaqlarda narkotikaya meyl yaradır. Bəzən hansısa TV-də uşağın üzünü örtməklə onun haqqında elə geniş məlumatlar verirlər ki, onun ailəsi həmin uşağa görə yaşayış yerini dəyişməyə məcbur olur. Buna görə də belə məsələlərlə bağlı çox diqqətli olmaq lazımdır”.

Komitə üzvü Ağacan Abıyev hesab edib ki, proqramlar üzərində yaş kateqoriyası üzrə işarələnmə aparılmalıdır. Onun fikrincə, lakin bəzi valideynlər bu işarələnmənin mahiyyətini başa düşmədiklərindən onun izahı xüsusi titrlərlə qeyd edilməlidir.

Etikxeber.az

Read Previous

Prezidentlə birinci vitse-prezident “Ürək Mərkəzi”nin açılışında iştirak etdi

Read Next

Əliyev: “Britaniya şirkətləri son vaxtlar…” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir