“Uşaqların, yeniyetmələrin təhsildən yayınma halları ciddi şəkildə araşdırılmalı və…”-MİLLƏT VƏKİLİNDƏN TƏLƏB

BMT-nin illik hesabatına görə, dünya üzrə əhalinin hər 100 nəfərinə 13 qurban düşdüyü halda, bu, ölkəmizdə 1 nəfər təşkil edir. Təbii ki, ölkəmizdə aparılan uğurlu dövlət siyasəti sayəsində əhalinin sosial durumunun müsbətə doğru irəlləməsi və hüquq-mühfizə orqanlarının müvafiq cinayət əməllərinin qarşısını vaxtında alınması tədbirlərinin mütəmadi təşkili bu parametr üzrə dünyada aşağı göstəriciyə malik ölkələrin sırasında yer almağımızı şərtləndirib. Amma təəssüf ki, bütün bu tədbirlərin davam etdirilməsinə baxmayaraq, cəmiyyətdə insan alverinin, cinsi zorakılığa məruz qalma və məcburi əməyə cəlb edilməsi hallarının kökünü tam şəkildə kəsmək mümkün deyil.

Çünki insan varsa, belə hallar da olacaq. Asan və çirkin yollarla pul qazanmaq istəyən şəxslər hər bir ölkədə var. Dünya üzrə insan alverindən 150 milyard dollar gəlir əldə edirlərsə, bu problem bizi həmişə düşündürməlidir. Biz isə dövlət olaraq maksimum dərəcədə çalışmalıyıq ki, belə hallar artmasın, əksinə, azalsın. Bunun üçün düşünürəm ki, birinci növbədə uşaqların orta təhsildən kənarda qalma hallarına qarşı mübarizə tədbirləri gücləndirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

“Düzdür, indi pandemiya ilə bağlı təhsilin distant forması tətbiq olunduğundan belə halların müəyyənləşdirilməsi çətindir. Amma ənənəvi təhsilə qayıtdıqda müəyyən araşdırılmalar aparılmalı və təhsildən kənarda qalan uşaqları müəyyənləşdirərək, onların təhsildən kənarda qalma səbəbləri üzə çıxarılmalıdır. Dünya statistikasına görə, düşünürəm ki, təhsil insanın həyatı üçün, xüsusilə, qız uşaqları üçün çox vacibdir. Dünya statistikasına görə, insan alveri qurbanlarının 50%-i cinsi zorakılığa məruz qalırsa, bu, qadınlar arasında savgadsızlığın çox olmasından irəli gəlir.

Çünki dərketmə qabiliyyəti yüksək və məlumatlı insanı yoldan çıxartmaq çətin olur. Həm də maarifləndirmə tədbirlərinin genişləndirilməsini vacib hesab edirəm. İnsan alverinə və cinsi zorakılığa yol açan səbəblərdən biri də sosial şəbəkələrdir. Təəssüf ki, bu gün sosial şəbəkələr müəyyən cinayətlərə də yol açır. Ona görə də hesab edirəm ki,sosial şəbəkələrə nəzarət mexanizmi yaradılmalıdır və maarifləndirilmə tədbirlərin aparılmasında sosial şəbəkələrin imkanlarından istifadə olunmalıdır…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarabağa qayıtdığımız kimi, Zəngəzura da qayıdacağıq!”-MİLLƏT VƏKİLİNİN YAZISI

Read Next

Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi? VƏ YA ƏSASSIZ ERMƏNİ İDDİALARI VƏ TARİXİ FAKTLAR – (BİRİNCİ HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir