Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Şəhid balası, Şəhid əmanəti məktəbə-birinci sinfə qədəm qoydu…
Daha bir Nur üzlü, İgid, Qəhrəman Şəhid balasının 11 illik məktəb həyatı başladı…
Beyləqanlı, ailənin iki övladından biri, evin tək oğlu, ali hərbi təhsilli-peşəkar hərbçi, iki övlad atası, Antiterror Şəhidi Həmid Həmidlinin oğlu Əli Həmidli, Əli balamız artıq məktəblidir, həmyaşıdları, birincilər kimi məktəb həyəcanını yaşayır…
Dünən-16 sentyabr 2024-cü il tarixində, ilk dərs günündə Şəhid əmanəti balaca Əli də uşaqlığından bir qədər ayrılıb, yeni həyata qədəmlərini atdı…
Bəlkə də tanımadığı, dünənədək üzünü görmədiyi, adını eşitmədiyi həmyaşıdları ilə bir araya gəldi, onlarla birgə məktəb partası arxasında əyləşdi…
Şəhid Həmidimiz isə Əlisinin gözəl-özəl günündə cismən onun yanında ola bilməsə də, amma ruhən balasının yanında oldu, ruhu onu tək qoymadı…
Ən çox sevinən, ən çox şadlanan da elə Şəhidimizin, Həmidimizin ruhu oldu…
Ruhu daim balalarının, birinci sinfə-yeni həyata qədəm qoyan Əlisinin köməyi olsun!
Balaca Əlimizin, Şəhid əmanətinin də 11 illik məktəb həyatı xeyirli və uğurlu olsun!
Amin!
***
FOTOLAR:







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





