Anasını vaxtsız itirən, tək qardaşı ilə xalasının qəyyumluğunda yaşayan- ŞUŞA FATEHİ, ÜÇ MEDALLI VƏ BİR ORDENLİ ŞƏHİD ELMƏDDİN NURZALIYEVİN ANIM GÜNÜDÜR…-FOTO

Bu gün Hacıqabulun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Nurzaliyevin Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Nəşi bir il öncə-bu gün, 10 noyabr tarixində Hacıqabul rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.

Etikxeber.az xəbər verir ki, 1996-cı ilin noyabr ayının 22-də anadan olan, uşaqlıqdan atası tərəfindən tərk edilən, əvvəl anasının, anasının dünyasını dəyişməsindən sonra xalasının himayəsində, qəyyumluğunda yaşayan Elməddin Nurzalıyev İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib.

Daha doğrusu, hərbi xidmətini başa vursa da, İkinci Vətən Müharibəsi, hərbi səfərbərlik ilə bağlı xidmət müddəti uzadılıb və İkinci Qarabağ Savaşının ilk günündən döyüşlərə atılıb, döyüşüb, vuruşub, igidliklər göstərib.

Füzulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana, Hadruta, Hadrutdan Şuşayacan döyüş yolu keçib.

Və İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, noyabrın 9-u axşam Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları və bugünlərdə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Bu gün Şəhidin ailəsindən tək qardaşı, 2001-ci il təvəllüdlü Məhəmməd Nurzalıyev qalıb.

***

Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarətdən sonra isə Şəhidin yaşadığı evdə Anım mərasimi keçiriləcək, ehsan süfrəsi açılacaq.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

44 günlük İkinci Vətən Müharibəsinin başa çatmasından-BİR İL KEÇDİ…

Read Next

8 noyabr, 9 noyabr və 10 noyabr! Bu günləri yazanlar, yaradanlar, bizlərə bəxş edənlər var olsunlar!-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir