Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tarixi 44 günlük İkinci Vətən Müharibəsində qanı, canı ilə Qəhrəmanlıq dastanı yazan Vətən sevdalılarından biri də Qazi Ervin Tərxan oğlu Cavadovdur…
Əslən Neftçalalı, özü isə Bakı doğumlu, peşəkar hərbçi, Gizir və birinci qrup Qarabağ-müharibə əlili, İgid, Qəhrəman Ervin Cavadov…
Cəmi 27 yaşında Vətəni, Qarabağı yolunda sağlamlığından keçən, sağlamlığını qurban verən Vətən sevdalısı…
Və İgidliyi, Qəhrəmanlığı qədər də sadə, təvazökar, istiqanlı Ervin Tərxan oğlu…
Ervinlə bu gün səhər saatlarında, Bakı şəhərinin Xətai rayonunda yerləşən 263 saylı tam orta məktəbdə, “Azərbaycan Bayrağı” ordenli, polkovnik-leytenant, İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Quliyevə həsr olunmuş film təqdimatında tanış oldum…
Onunla ilk dəfə idi ki, bir araya gəlirdim…
Vətən sevdalısı Ervinlə hal-əhvallaşdım, qısaca da olsa, söhbətləşdim…
Ervinlə tanışlığımdan da razı və məmnun qaldım…
Ona Allahdan şəfa, can sağlığı dilədim…
Vətən sevdalısı Ervin Cavadov 1993-cü ildə Bakı şəhərində, Nizami rayonunda anadan olub…
Ailənin üç övladından, iki qardaşdan biridir…
Orta təhsillidir…
Həqiqi hərbi xidmətini bitirdikdən sonra bir müddət müxtəlif sahələrdə çalışıb…
Sonra uşaqlıq-yeniyetməlik arzusunu-hərbçi olmaq arzusunu reallaşdırıb…
Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) Gizirlik kursunu bitirib…
Və 2017-ci ildən Gizir kimi Azərbaycan Ordusunda fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də Vətənin müdafiəsinə atılıb…
Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb…
Və müharibənin 10-cu günündə Cəbrayıl rayonunda hər iki ayağından çox ağır şəkildə yaralanıb…
Aylarla müalicə və müayinələrdən, ağır əməliyyatlardan keçib ( və yenidən-növbəti dəfə əməliyyata ehtiyacı var)…
Səhhəti ilə əlaqədar Ordudan təxris olunub, 1-ci qrup (ömürlük) əlillik dərəcəsi alıb…
İkinci Vətən Müharibəsindən sonra Ali Baş Komandanın sərəncamları ilə “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib…
Ervin həm də ailəli və bir qız atasıdır…
Yaxın zamanlarda isə ikinci övladı dünyaya gələcək…
Ayağı sayalı, xoşbəxt övladlardan olsun!
Allah Vətən sevdalısı Ervini və ailəsini qorusun!
Böyük Yardan Yar və Yardımçısı olsun, şəfasını versin!
Hər zaman Şəhidlərimizə və Ervin kimi İgidlərimizə, Vətən yolunda sağlamlıqlarından keçən oğullara, Qazilərimizə borcluyuq!






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





