Usubovla, Quliyevlə, Eyvazovla, Nağıyevlə bağlı – SƏRƏNCAMLAR

Ölkə prezidenti İlham Əliyev bu gün bir neçə sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubov vəzifəsindən kənarlaşdırılıb.

25 il bu vəzifəni daşıyan Usubovun  yerinə prezidentin Sərəncamı ilə  onun birinci müavini, general  Vilayət Eyvazov təyin edilib.

V. Eyvazovun yerinə hələlik təyinat olmayıb.

R.Usubov isə Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub

Həmçinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev vəzifəsindən uzaqlaşdılıb.

Onun yerinə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tanınmış  rəsmilərindən olan, son təyinata kimi Respublika Prokurorluğunda işləyən  Əli Nağıyev təyin edilib.

Hələlik onun da yerinə təyinat yoxdur.

M. Quliyev isə müdafiə sənayesi naziri təyin olunub.

Qeyd edək ki, həmin post neçə müddət idi ki, boşuydu.

Keçmiş nazir Yavər Camalov dünyasını dəyişməsindən sonra onun yeri boş qalmışdı.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha bir neçə qanuna dəyişiklik edilir…

Read Next

QDİƏT PM-in 53-cü Baş Assambleyası özü işini davam etdirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir