Üzgüçümüz Roman Saley XV Yay Paralimpiya Oyunlarının finalına vəsiqə qazanıb

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının beşinci günündə Azərbaycan üzgüçüsü finala yüksəlib.

Etikxeber.az xəbər verir ki, 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.

On üç atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.

Final yarışı sentyabrın 13-də keçiriləcək.

Etikxeber.az

Read Previous

Millət vəkili turistlərdən danışdı : “Öz ölkələri ilə bizim ölkə arasında insan körpüsünə çevrilirlər”

Read Next

Ərdoğan Əliyevə zəng etdi: “Firavanlıq arzulayıram”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir