“Üzləri gülürdü, amma sonra üzlərdə gülüşlər dondu…” – ARİF HACILI – FOTO

Əfqan Muxtarlı ilə görüşmək üçün vəkil Nemət Kərimli, Müsavat Məclis üzvləri Yusif Tağı və Zakir İsmayılla birlikdə uzun müddət özümün də saxlanıldığım Ramana həbsxanasına getdik.Köhnə tanışlar sevinclə qarşıladılar. Üzləri gülürdü. Rəhbərliklə danışdıqdan, yuxarılara zənglərdən sonra üzlərdə gülüşlər dondu.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz “Facebook” statusunda yazıb.

afqan

“Buraxmadılar. Amma nə olsun. Bir neçə saat Əfqan Muxtarlı üçün sayğı duruşunda olduq.

Buradan salamlarımı göndərirəm, əziz dost. Sənə möhkəm ol demirəm, möhkəm olduğunu bilirəm. Həbsdən də daha da bərkimiş çıxacaqsan. Bunu da bilirəm…”-deyə, o, sonra yazıb.

Etikxeber.az 

Read Previous

Vertolyotla təyyarə toqquşdu – ƏN AZI 5 NƏFƏR ÖLDÜ – İSPANİYADA – FOTO

Read Next

Aquera 400-cü qoluna imza atdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir