Üzr istəməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik – DEPUTAT

“Azərbaycana ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına cinayətlərdə iştirak etməyən, şəhidlər qarşısında üzr istəməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik”.
Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında səsələndirib.
Millət vəkili bildirib ki, bir nəfər erməni bu günlərdə Azərbaycana gələrək ermənilərin törədiyi cinayətə görə, Xocalı soyqırımı abidəsi qarşısında baş əyib üzr istəmək istəsə də, buna icazə verilmədi və ümumiyyətlə, bu məsələdə fərqli mövqelər var.
“Amma bilmək istərdim ki,  sabah Azərbaycanın ərazi bütövlüyünə. Konstitusiyasına və qanunalrına əməl edəcək şəxs Azərbaycan pasportu istəsə, ona hansı mövqe sərgilənəcək?!  Nəzərə almalıyıq ki, xeyli sayda erməni var ki, Azərbaycan qanunalrını və ərazi bütövlüyünü tanıyırlar, münaqişəyə obyektiv mövqe bəsləyirlər. Gərək biz bundan yaralanaq.
Çünki Ermənistan rəhbərliyi Ələkrəm Hümmətov, Fəxrəddin Abbasov və digrələrindən yararlanırlar. Biz bu yolla erməni cəmiyyətində yeni bir situasiya yaratmış olarıq. Ona görə də hesab edirəm ki, Azərbaycanən ərazi bütövlüyünü, Konstitusiyanı tanıyan,  xalqımıza qarşı cinayətlərdə iştirak etməyən və hadisələr görə üzr istəyən ermənilərin Azərbaycana girişinə razılıq verməliyik”– deyə, Z. Oruc bildirib.
Etikxeber.az

Read Previous

Prezidentlərin bəyannaməsi təsdiq edildi

Read Next

İranla Azərbaycan arasında viza rejimi ləğv edilməlidir – Qüdrət Həsənquliyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir