“Uzun müddət müharibə şəraitində olan xalqın artıq səbri tükənib və torpaqlarını azad etmək istəyi onun tam təbii və qanuni haqqıdır…”-MİLLƏT VƏKİLİ

Ermənistan əsassız arqumentlərlə özünün işğalçı siyasətini ört-basdır edir. Ötən gün “Rossiya-1” kanalında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, guya Suriyadan Azərbaycana muzdlu döyüşçülər gətirilib. Bu qədər absurd çıxış çarəsizliyin əlamətidir.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Paşinyan əvvəldən də qeyri-ciddi obrazı olan bir siyasətçi idi. Bu çıxışında isə onun məntiqsiz, rabitəsiz nitqinə həm də təşviş və təlaşı əlavə olunmuşdu. Prezident İlham Əliyevin həmin verilişdə verdiyi cavablar məntiqli, korrekt, sərrast və əsaslandırılmış idi. Dövlətimizin başçısı xalqımızı layiqincə təmsil edib həqiqətləri bəyan etdi.

Deputat qeyd edib ki, Ermənistan hər təxribatında Azərbaycan tərəfindən erməni mülki şəxslərin hədəf alındığı bildirir, beynəlxalq müstəvidə də bundan istifadə edir və Azərbaycanı dinc vətəndaşları hədəf alan tərəf kimi göstərməyə çalışır:

“Prezident İlham Əliyevin əsaslı arqumentlərə söykənən çıxışı bu cəhdi boşa çıxardı. Artıq bundan sonra beynəlxalq müzakirə masalarında qeyd olunacaq ki, Azərbaycan ordusu nəinki dinc əhalini hədəf almır, hətta öz torpaqlarını işğal etmiş əli silahlı əsgərlərə, separatçılara, terrorçulara da təklif edir ki, təslim olsunlar, ölməsinlər”.

M.Cəfərov deyib ki, hazırda dünyanın da diqqət mərkəzində olan əsas məsələ regiondakı hərbi əməliyyatlardır. Demək olar ki, bütün dünya mətbuatının, siyasətçilərin əsas müzakirə mövzusu olan bu münaqişənin 1994-cü ildən bu günə kimi davam etməsinin əsas səbəbi məhz dünya ölkələrinin əməli addım atmamasıdır.

“Biz 30 ilə yaxın səbir və təmkinlə sülh yolunu tutduq. Bizim əsas məqsədimiz regionda sabitliyin təmin olunmasıdır. Uzun müddət müharibə şəraitində olan xalqın artıq səbri tükənib və torpaqlarını azad etmək istəyi onun tam təbii və qanuni haqqıdır. Vətəndaşlarının vətən eşqinə əmin olan Ali Baş Komandanın “Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq. Biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” sözləri beynəlxalq aləmdə uzun müddət müzakirə mövzusuna çevriləcək. Azərbaycan öz qeyrətli oğulları ilə fəxr edir” – deyə, deputat bildirib.

Etikxeber.az

Read Previous

Şarl Mişel İlham Əliyevə telefonla-ZƏNG ETDİ…

Read Next

“Bizim belə hərbi vətənpərvər ruhda olmağımız düşmən dövlət üçün sarsıdıcı bir zərbədir… Düşmənə zərbədən əlavə dövlətimizin bu cür ruh yüksəkliyi, döyüşə belə həvəslə hazır olması dünya ictimaiyyətinədə ünvanlanmış siyasi bir mesajdır”-ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir