Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Əfqan Muxtarlının bacısının, bacısının qızının və qardaşı qızının vəfatı ilə bağlı ailələlərinə dərin baş sağlığımı bildirirəm. İsinmək adı ilə bizə vetilən qazın bir qatil ola biləcəyini bir daha bildik. Çox acı və üzücü xəbərdir”.
Etikxeber.az xəbər verir ki, bunu vəkili Elçin Sadıqov bildirib.
O, qeyd edib ki, Ə. Muxtarlının yaxın qohumlarının hüzr mərasimində iştirakının təmin olunması üçün Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova və Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədova müraciət edib.
“…Məktubu elə indi Penitensiar Xidmətin inzibati binasında olan qutuya qoydum, məktubda humanistlik göstəriləsini və Əfqan Muxtarlının yaxın qohumlarının hüzründə və dəfnində iştirak edə bilməsi üçün Penitensiar Xidmətin əməkdaşlarının müşaiyəti ilə 3 günlük icazə verilməsini xahiş etdim.
Bildirdilər ki, sabah növbətçi baxıb rəhbərliyə məruzə edəcək…”-deyə, vəkil sonra qeyd edib.
Etikxeber.az