Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) oktyabrın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirə edilib.
Etikxeber.az-ın xəbərinə görə, layihə barədə MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Qanun layihəsi geniş müzakirələr açılmadan qəbul edilib.
Qeyd edək ki, Xocavənd rayonunun Vəng (Çinarlı) kəndi bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Strateji əhəmiyyətli həmin kənd işğaldan azad olunan gün xalqa müraciətində ölkə Prezidenti İlham Əliyev kəndin adının da dəyişilməsi barədə qərar verdiyini bildirib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





