Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, əfsanəvi Xüsusi Təyinatlılardan və Qəhrəmanlar ailəsindən olan Kərim Məhəmmədəli oğlu Əliyevin bu gün doğum günüdür.
“Əfsanəvi tabor”un Şəhidlərindən olan Kərim Əliyevin bu gün 26 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Kərim Əliyev 1998-ci ilin 31 avqust tarixində Ucarın Alpout kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib.
Hərbi xidmətini başa vurduqdan bir müddət sonra isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
Və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü, Kiçik gizir kimi İkinci Vətən Müharibəsi zamanı Füzulidən Cəbrayıla, Cəbrayıldan Hadruta, Xocavəndə, Xocavənddən Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.
Döyüşlər zamanı 4 dəfə yaralanıb, amma inadından dönməyib, yenə döyüşlərə atılıb və oktyabr ayının 19-da Xocavənd-Qubadlı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq 4 gün nəşini götürmək mümkün olmayıb.
Yalnız ayın 23-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, oktyabrın 24-də isə Alpout kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra isə İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğurunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Şəhidin qardaşı Rüstəm Əliyev də hərbçi-MAXE kimi İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

“Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Qardaşının Şəhidliyi ilə əlaqədar Ordudan, MAXE-likdən təxris olunub.
Həm də ataları Məhəmmədəli kişi keçmiş döyüşçülərdən olub.
1992-94-cü illərdə Birinci Qarabağ Savaşının iştirakçılarından biri olub.
Valideynləri həm də övladlarının-Kərim Əliyevin “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunmasını istəyirlər.
22 yaşında Şəhadətə ucalan Kərim eyni zamanda, subay idi.
Hazırda Ucarda adını daşıyan küçə var.
Ruhu şad olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





