Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə yunan-roma güləşi üzrə rayonlarası-TURNİRİ DÜZƏNLƏNDİ – FOTOLAR

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy UGİŞM-in təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə Yunan-Roma güləşi üzrə rayonlarası turnir keçirilib.

Etikxeber.az-a daxil olan məlumata görə, turnirdə 11 şəhər və rayondan 150-ə yaxın idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıblar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Mərhum dövlət başçısı Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, rəsmilər, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin nümayəndələri, iştirak ediblər.

Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, Dünya və Avropa çempionları Taleh Məmmədov və Firidun Quliyev fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunublar.

İki yaş qrupu üzrə iştirak edən idmançıların hər çəki dərəcəsi üzrə I, II, III yeri tutmuş qalibləri diplom, medal və kuboklarla mükafatlandırılıblar.

Goranboy rayon komandası xal hesabı ilə digər komandaları qabaqlayaraq turnirin “Qalib Komandası” adını qazanıb.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

İlham Əliyev Qətər Əmirini-TƏBRİK ETDİ

Read Next

Milli Hematologiya Mərkəzində hərbi xidmətdən yayınma və əlilliklə bağlı saxta sənədlərin verilməsinə görə-CİNAYƏT İŞİ AÇILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir