Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Silahlı Qüvvələrin yaranmasının 102-ci il dönümü münasibəti ilə Biləsuvarın yetişdirmələri, Silahlı Qüvvələrin yuxarı strukturlarında təmsil olunan generallar Nizami Məmmədov və Elçin Xəlilovla telefonla əlaqə saxladıq, həm bayram, həm də ötən gün cənab Prezident tərəfindən təltif olunmaları münasibəti ilə onlara təbriklərimizi çatdırdıq. Hər iki generalımızın timsalında həmçinin, Biləsuvarın bütün oğul və qızlarını bu ümummilli bayramımız münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımızı yetirirəm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Bilməyənlərin diqqətinə böyük fəxrlə çatdırım ki, mən özüm vətəndən uzaqda, İraq Respublikasında, ABŞ Dəniz Piyadaları korpusunun tərkibində, Azərbaycan Sülhməramlı Qüvvələr bölüyündə hərbi xidmət keçmişəm və hər anı təhlükə dolu həmin günlərdə ən yaxın silahdaşlarımdan biri məhz Biləsuvardan olub. Ona görə də, mən bu torpağın övladlarının sədaqətinə və qəhrəman ruhuna bələdəm, əminəm ki, inşallah müharibə başlayanda ön sırada məhz Biləsuvar insanı qərarlaşacaq!”-deyə, o, əlavə edib.
Etikxeber.az