Təqdim olumuş qanun layihələri birbaşa aztəminatlı təbəqənin sosial təminatının yaxşılaşmasına xidmət edir.
Ölkəmizdə ölkə başçısının rəhbərliyi ilə sosial siyasət çox uğurla həyata keçirilir. Bu siyasət cəmiyyətin sosial müdafiəsinə ehtiyacı olan təbəqəsinin həyat şəraitinin yaxşılaşmasına yönəlib.
Dövlət büdcəsi layihəsində sosial sahəyə 7900 milyon manata qədər vəsaitin nəzərdə tutulması da buna bariz nümunədir.
2019-cu ildə yaşayış minimumu və ehtiyac meyarının yüksəlməsi də ümumilikdə ölkənin orta yaşam səviyyəsinin yaxşılaşmasında özüünü göstərəcək.
Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Azər Badamov deyib.
O, təqdim olunmuş qanun layihələrinə müsbət münasibət bildirməklə yanaşı, millət vəkillərinə müraciət olunan bir məsələyə əmək və əhalinin sosial müdafiəsi nazirinin aydınlıq gətirməsini xahiş edib:
“Müharibə veteranlara verilən müavinətlərlə bağlı məsələyə həmkarım hörmətli Siyavuş Novruzov çox gözəl toxundu və mən də konkret olaraq döyüşdə iştirak etmiş polis veteranlarını narahat edən və aydınlıq gətirilməsi xahiş edilən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Qarabağ döyüşlərində iştirak etmiş polis əməkdaşlarına Azərbaycan Respublikasının müharibə veteranı statusu verilir və işlədiyi dövrdə əmək haqqına 51 manat veteran müavinəti əlavə olunur. Amma polis işçisi təqaüdə çıxandan sonra verilən veteran müavinəti dayandırılır. Hörmətli Sahil müəllim, bu, nə qədər düzgündür?
Yəni , müharibə iştirakçısı olmuş, veteran statusu verilmiş polis əməkdaşının təqaüdə çıxandan sonra müharibə veteranlığına xitam verilirmi? Əgər xitam verilmirsə, veteran müavinətinin ödənilməsi niyə dayandırılr?
Bu sual müahribə iştirakçısı olmuş veteran polis əməkdaşlarını çox düşündürür. Düşünürəm ki, əgər müharibə veteranı statusuna xitam verilmirsə, bütün müharibə veteranlarına , o cümlədən, polislikdən təqaüdə çıxmış müharibə veteranlarına müavinətin verilməsi davam etdirilməlidir. Çünki vətəndaşın təqaüdə çıxandan sonra daha çox sosial müdafiəyə ehtiyacı yaranır”.
Etikxeber.az