“Vətəndaşlarımız həm də xarici ölkələrdə o ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər”-HİKMƏT HACIYEV

Pandemiya ilə əlaqədar dövlətlər arasında əlaqələr dayandırılır.

Etikxeber.az məlumat verir ki, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

O, deyib ki, nəqliyyat əlaqələri, aviauçuşlar dayandırılıb: “Azərbaycan Hava Yolları ilə 10 minə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsi həyata keçirilib. Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir. Prezident və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib”.

H. Hacıyev nəzərə çatdırıb ki, təxliyə zamanı uşaqlı ailələrə, tibbi ehtiyacı olanlara və azyaşlılara üstünlük verilir:

“Təxliyədən sonra da vətəndaşlarımızın 21-28 gün karantin rejimində olması vacibdir. Ölkədaxili karantininin miqyası da genişlənir. İndiyə qədər koronavirus idxal olunan xəstəlik idi. Amma xəstəlik çox yoluxucu xüsusiyyətə malikdir, artıq ölkə daxilində də yayılır. Bütün diplomatik nümayəndəliklərə göstəriş verilib. Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər qurumların sıx koordinasiyası həyata keçirilir. Vətəndaşlarımız həm də xarici ölkələrdə o ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər”.

Etikxeber.az

Read Previous

“Artıq ölkə daxilində də yoluxma halları var…”-İBRAHİM MƏMMƏDOV – YENİLƏNİB

Read Next

Azərbaycan hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir