Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətənpərvər, Şəhid və Qazisevər ziyalılar-Vahid Nəcəfov və Hüseyn Xudatov Qurban bayramı münasibətilə növbəti dəfə Şəhid və Qazi ailələrini ziyarət ediblər.
Sözügedən şəxslər bu dəfə əslən Gədəbəyli, özü isə Zabratlı olan İkinci Vətən Müharibəsi Şəhidi Kamran Qasımovun, Xüsusi Təytinatlılar-bir ayağını Vətən yolunda itirən əslən Şəkili və Bakı şəhərində yaşayan Qazi Polad Mədəninin və Bakılı, bir gözünü Vətənə qurban edən Qazi Adəmin evində-ocağında olublar.
Eyni zamanda, 10 ilin Xüsusi Təyinatlısı, 8 medallı, əslən Bərdəli və Bakı şəhərində yaşayan Qazi Pərvin Hüseynovun iş yerinə baş çəkiblər.
Üst-üstə 3 saata yaxın çəkən ziyarət zamanı Şəhid ailəsi və Qazilərlə söhbət edilib, onların bayramları təbrik olunub.
Sonda Şəhid ailəsinə və Qazilərə bayram sovqatı-Qurban payı təqdim edilib, xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az