“Vətənpərvərlik hissinin yeni ideyalar ətrafında aşılanması zərurətə çevrilib” – DEPUTAT – FOTOLAR

“Bu gün vətənpərvərlik hissinin yeni ideyalar ətrafında aşılanması məsələsi zərurətə çevrilib. Əgər müstəqilliyimizin ilk illərində vətənpərvərlik bir qədər başqa mahiyyət daşıyırdısa, bu gün vətənpərvərlik deyəndə ilk növbədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılması və gənc nəslin vətənpərvər ruhda, sağlam mühütdə böyüməsi nəzərdə tutulur. Ona görə də istər gənc idmançılarla, istərsə də digər sahələrdə çalışan gənclərlə aparılan işlərdə qarşıya qoyulan məqsədlərimizdən ən əsası yetişən nəslin vətənpərvər ruhda böyüməsidir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Onun dediyinə görə, etiraf etməliyik ki, bu sahədə qurulan təbliğat və maarifləndirmə işləri öz müsbət nəticələrini verməkdədir. Belə ki, milli mənlik şüurunun inkişaf etdirilməsində, eləcə də vətənpərvərlik hislərinin artırılması yönündə Kikboksinq Federasiyasının həyata keçirdiyi tədbirlərdə biz bunun şahidi oluruq.

O, bildirib ki, həyata keçirdikləri tədbirlərin davamı olaraq Azərbaycan Kikboksinq Federasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə ölkəmizdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində “Sağlam həyat, sağlam gələcək”, “Narkamaniyaya ve uşaq cinayetkarlığına yox deyək!” şüarları altında kikboksinq seminarlarına start verib:

adil-cocuq

“İnanıram ki, şəxsən özümün iştirak etdiyim bu seminarlar vasitəsilə uşaqlarımıza doğru yolun, doğru seçimin nədən ibarət olduğunu, Vətənə, millətə sevgini necə ifadə etməyin yollarını öyrədə biləcəyik.
İlk seminarımız Bakı şəhərində Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksində baş tutdu. Məktəblilərin idmana bu qədər sevgisini görmək, hiss etmək sözün əsl mənasında qürurvericidir.

Aprelin 19-da 60 saylı orta mətəbdə keçiriləcək ikinci seminarda da uşaqlarla yaxından ünsüyyət qurmağı, onların fikirlərini dinləməyi düşünürəm.Bir məsələni də valideyinlərin nəzərinə çatdırırıq ki,bundan sonra bu məktəblərin idman zallarında kikboks müəllimlərimiz məşq təlimləri keçəcəklər.Həmin məktəbdə oxuyan şagirdlər heç bir maşın yolu keçmədən,ərazidən ayrılmadan elə ordaca kikboksinqlə məşğul ola biləcəklər.

Hələlik Bakı şəhərinin məktəblərini əhatə edəcək bu proqram gələcəkdə bütün regionlarımızın məktəblərində həyata keçiriləcək. Hesab edirəm ki, bu cür seminarlarla,məktəblərdə kikboks zalları açmaqla biz artıq bir ilkə imza atmış olduq…”

Etikxeber.az

Read Previous

“Xaçaturovun fəaliyyəti Azərbaycan ictimaiyyətinin diqqətində olacaq” – MİRZƏZADƏ

Read Next

“Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir” – BİRİNCİ VİTSE-PREZİDENT- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir