“Vəzifələrdə işləyənlərin 70 nəfəri ermənilər idi…” – ZAHİD ORUC

Mədəni müxtəliflik olmayanda faşizm olur.

Etikxeber.az xəbər verir ki, bunu martın 27-də İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib.

zahid-secki

O, qeyd edib ki, mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycanda yaşayan müxtəlif millətlərin, xalqların və müxtəlif dinlərin daşıyıcılarının vahid bir dövlət ətrafında birləşməsinə nail oldu, onların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışı təmin etdi.

Millət vəkili bu baxımdan Azərbaycanda bu gün milli və etnik zəmində qarşıdurmanın, problemin olmadığını, eyni zamanda, ölkədə multikulturalizmin mövcudluğunu, mədəni müxtəlifliyin hökm sürdüyünü bildirib.

“O yerdə ki, mədəni müxtəliflik olmur, orada aşırı millətçilik olur. Bu isə yolverilməzdir”-deyə, Z.Oruc sözlərinə əlavə edib.

Z. Oruc çıxışında gənclik-yeniyetməlik illərinə də ekskurs edərək,  acı təəssüf hissi ilə xatırladıb ki, 80-ci illərdə, milli-azadlıq hərəkatı başlayan ərəfədə Azərbaycanda, xüsusilə, paytaxt Bakıda yüksək vəzifələridə çalışanların ən azı 70 nəfəri ermənilər olub:

“Ümumiyyətlə, vəzifəlisindən tutmuş pinəçisinə qədər əksəriyyət ermənilər idi…”

Etikxeber.az

Read Previous

Yola davam! – İSA QƏMBƏR YAZDI

Read Next

Qüdrət Həsənquliyev Şeyxin müdafiəsinə qalxdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir