“Vəziyyəti ağır olduğu üçün evini tikib başa çatdıra bilmirdi…”-MİLLƏT VƏKİLİ QARABAĞ ƏLİLİNƏ GÖRƏ ƏMƏK NAZİRLİYİNƏ MİNNƏTDARLIQ ETDİ

Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, müharibə əlillərinin, qazilərimizin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Ötən illər ərzində bu sahədə geniş miqyaslı işlər görülüb. Belə ki, bu kateqoriyaya aid insanların təqaüdlərinin, müavinətlərinin artırılması, onların sosial müdafiəsini gücləndirmək, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl olaraq addımlar atılır. Hər il yüzlərlə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün dövlət tərəfindən mənzillə təmin olunur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

“Bizim də millət vəkili olaraq həssas qrupa aid vətəndaşlarımızın problemlərinin həllinə çalışmaq əsas vəzifəmizdir.Xatırladım ki, bir müddət öncə Bərdə rayon Hacıəhmədli kəndində yaşayan II qrup Qarabağ əlili İsmayıl Rüstəm oğlu Rüstəmov ev şəraitinin acınacaqlı olması ilə bağlı mənə müraciəti haqqında sizə məlumat vermişdim. Çadırda yaşayan qazimiz, müharibə əlilləri üçün dövlət tərəfindən verilən ev növbəsinə durmayıb, özünə güvənib və dövlətə yük olmaq istəməyib”-deyən millət vəkilinin sözlərinə görə, lakin hazırda vəziyyəti ağır olduğu üçün evini tikib başa çatdıra bilmirdi.

“Onun mənzil şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köməklik göstərilməsi üçün müraciət etmişdim. Cavab olaraq məsələnin diqqətdə saxlanılacağı bildirilmişdi. Çox sevindirici haldır ki, nazirlik tərəfindən artıq İsmayıl Rüstəmovun evinin tikintisinə başlanılıb. Tikintinin qısa müddətdə başa çatacağı gözlənilir. İnşallah, payız-qış mövsümü başlayana qədər İsmayıl öz ailəsi ilə isti ocağına, yeni evinə köçəcək. Beləliklə, dövlətimizin dəstəyilə daha bir Qarabağ qazimizin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq addım atılır. Bu işlərin həyata keçirilməsində əməyi keçən hər kəsə, xüsusilə də bizim müraciətimizə həssaslıqla yanaşaraq dərhal reaksiya verdikləri üçün Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az


Read Previous

Yoluxmada yenidən artım-188 – DAHA 2 ÖLÜM…

Read Next

“Rayonlara gediş-gəliş məsələsi, digər məsələlər də müsbət həllini tapa bilər…”-MİLLƏT VƏKİLİ OPERATİV QƏRARGANIN SON QƏRARINI VACİB VƏ DÜZGÜN SAYIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir