“Vəziyyəti ağır stabildir” – AYDIN MİRZƏZADƏ OQTAY GÜLALIYEVƏ BAŞ ÇƏKDİ

 Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

“İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim.

Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir.

Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir.

Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır.

Allah şəfa versin!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Məmmədyarov “Şərq Tərəfdaşlığı”nın nazirlər iclasında iştirak edəcək

Read Next

Türkmənistanın spikeri – AZƏRBAYCANDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir