“Vəkildən məmur obrazı düzəltməyə nə ehtiyac var?” – DEPUTATDAN KƏSKİN ETİRAZ

Vəkilliklə bağlı dəyişiklik mübahisə yaratdı

Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur.

Etikxeber.az  xəbər verir ki, bunu parlamentin plenar iclasında deputat Fazil Mustafa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsində deyib.

Onun sözlərinə görə, vəkilliyə daxil olmanın sayının genişlənməsinə şərait yaradılmır:

“Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.

Spiker Oqtay Əsədov isə deputatla razılaşmayıb: “Biz vəkillik məsələsini niyə belə aşağılayırıq?! İstəyirik ki, savadlı vəkillər olsun. Vəkilin savadı yoxdursa, onun müştərisi olmayacaq yanaşması da düz deyil. Biliyini artırmalıdır. İmtahan verməyibsə, 1 ildən sonra imtahan verəcək” .

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Komitədə dəyişiklik, pensiyaların artımı, inhisarçılıq, “leş mafiyası”…. – YENİLƏNİB – (1)

Read Next

Deputat müxalifət haqqında sərt sözlər işlətdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir