Vətəndaşa verilən-DƏYƏR! – MİLLƏT VƏKİLİ YAZDI

Vətəndaş Qəbulu Mərkəzinin xalqın istifadəsinə verilməsi Prezidentimizin hər bir Azərbaycan vətəndaşına verdiyi yüksək dəyər və qiymətdir.

***

Ölkəmizin ictimai həyatında əlamətdar bir hadisə baş verib.

Dünyanın çox az ölkələrində olan dövlət-vətəndaş münasibətlərinin, xüsusən dövlət qulluqçusu-vətəndaş, məmur-vətəndaş münasibətlərinin daha da inkişaf etdirilməsində, bu münasibətlərdə şəffaflığın və əlçatanlığın daha innovativ və təkmil formada təmin edilməsində, vətəndaşların problemlərinin daha operativ və çevik həll edilməsində bir yenilik Vətəndaş Qəbulu Mərkəzinin açılışı olub.

Bu Mərkəzin açılışında ölkə başçısının, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etməsi isə onun bu mərkəzin fəaliyyətinə verdiyi diqqət və əhəmiyyətdən irəli gəlir.

Bildiyimiz kimi, ölkəmizdə möhtərəm Prezidentimizin dəfələrlə çıxışlarında özünü xalqın xidmətçisi adlandırması ölkəmizdə dövlət məmuru-vətəndaş və vətəndaşa xidmət etmək modeli, düsturu cəmiyyət tərəfindən məmnunluqla qarşılanır.

Bu mənada belə bir mərkəzin xalqın istifadəsinə verilməsi həm də humanizmin təzahürüdür. Minnətdarlıqla qeyd etmək lazımdır ki, yüksək zövq və standartlarla hazırlanmış bu Mərkəzin binasında vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün yaradılan şərait isə göz oxşayır.

Son illərdə ölkəmizdə bütün sahələrdə, eləcə də xidmət sahəsində yüksək səviyyədə vətəndaş məmnuniyyətinə nail olmaq üçün Dövlətimizin Başçısının, möhtərəm Birinci vitse-Prezidentinin innovativ təşəbbüsü ilə yaradılan qurumlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Təqdirəlayiq haldır ki, ASAN xidmət, ASAN-kommunal, DOST xidməti, YAŞAT fondu kimi qurumlar məhz bu məqsəd üçün yaradılıb.

Bütün bunlar bir daha onu göstərir ki, dövlətimizin siyasətinin təməli və ən yüksək zirvəsi Azərbaycan Vətəndaşı və Ona ən yüksək səviyyədə xidmətdir.

Məlahət İBRAHİMQIZI,

Millət vəkili

Etikxeber.az

Read Previous

16 yeni yoluxma-3 ÖLÜM…

Read Next

Ukraynalı qaçqınlar üçün 10 bəndlik plan razılaşdırıldı-AVROPA İTTİFAQI TƏRƏFİNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir