Vətəni Vətən edən Vətən sevdalıları-SƏİDLƏR, FƏXRİLƏR, XUDAYARLAR, DEVRANLAR, ORUCLAR, SAMİRLƏR, TƏBRİZLƏR… – FOTOLAR

11 may 2021-ci il…

Bərdə rayonu, müqəddəs Şəhidlər Xiyabanı…

Birinci və İkinci Qarabağ Savaşının, Aprel döyüşlərinin Şəhidləri…

Təbii ki, hamısı yox, bir qismi…

Səidlər, Təbrizlər, Fəxrilər, Xudayaralar, Samirlər, Oruclar, Devranlar, Rəşadlar, Ceyhunlar, Ərəstunlar, Şahmurazlar…Daha necə-neçə Şəhidlər, Şəhidlərimiz…

Vətəni Vətən edən, Vətən, Qarabağ uğrunda canlarını göz qırpmadan, tərəddüd etmədən fəda edən Oğullar, Vətən sevdalıları…

İgidlər, Ərənlər, Qəhrəmanlar, Dastan Yazanlar, bütün Cahana səs, ün salanlar…

Bir daha onların ziyarətinə getdim, bir daha məzarlarına baş çəkdim, bir daha hər birinə Allahdan rəhmət diləmdim…

Borcumdur, borcumuzdur, vəzifəmdir, vəzifəmizdir…

Kimliyindən, hansı mövqeni tutmasından…asılı olmayaraq, hər birimiz, hər bir kəs onların məzarlarını ziyarət etməli, onların müqəddəs ruhlarına dualar oxumalıdır…

Bir ömür boyu onlara borcluyuq müqəddəs və tarixi Qələbəmiz, Zəfərimiz üçün…

Onlara minnətdarıq torpaqlarımızın, Qarabağımızın, yurd yerlərimizin yağı və qəvi düşməndən, murdarlardan, barbarlardan, vandallardan…azad edildiyi, bizlərə qaytarıldığı, alnımızdakı qara ləkənin silindiyi, təmizləndiyi, rahat-rahat bu torpaqlar üzərində gəzə bilməyimiz, bildiyimiz, dincliyimiz, əmin-amanlığımız üçün…

Onları unutmağa, yaddan çıxarmağa heç birimizin, heç kəsin haqqı yoxdur…

Onları unutmamalı, yaddan çıxarmamalı, ruhlarını incitməməliyik…

Unutsaq-unudularıq, yaddan çıxarsaq-ruhları bizləri bağışlamaz…

Daim, hər bir fürsətdə onların məzarlarına baş çəkməli, məzarlarını ziyarət etməli, ruhlarına dualar oxumalı, Allahdan rəhmət diləməli, ruhlarını sevindirməliyik…

Baş tacımızdır, müqəddəs and yerimizdirlər…

Fəxrimiz, Qürurumuz, İftixarımızdırlar…

Ruhları qarşısında bir daha baş əyirəm, baş əyirik…

Onlar Ölümsüzlərdir, Ölümsüzlüyə qovuşublar, mənən, ruhən daim bizimlərdirlər…

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Putin və Minnixanova-BAŞSAĞLIĞI VERDİ – YENİLƏNİB

Read Next

“Şəhid övladı 7 yaşlı Cahid də görüşə mənimlə getmək istədi…”-MİLLƏT VƏKİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir