Vətənin təəssübünü yalnız kasıb ailələrdə, daxmalarda böyümüş-ŞƏHİD QOHUMU SADİQ KİMİ OĞLULLAR CƏKƏ BİLƏR… – FOTOLAR

Gerçəkdən də, həqiqətən də…Qəhrəmanlar, İgidlər, Vətən sevdalıları məhz kasıb ailələrindən, hər cür sıxıntı çəkmiş, hər cür məhrumiyyətlər yaşamış ailələrdən, ev, mənzil əvəzinə uçuq-salxaq daxmalardan çıxır…

Vətənin, Millətin təəssübünü məhz kasıb balaları, daxmalarda böyüyən, bir qarnı ac, bir qarnı tox balalar çəkir…

Vətənin, Millətin təəssübünü çəkmək, şərəfini qorumaq məhz onların qisməti, taleyi, alın yazısıdır…

Harın, başqasının ruzisinə göz dikənin, haramxorun…balasından Vətən təəssübü, Vətən qeyrəti çəkən olmaz…

Bu gün, cəmi dəqiqələr öncə bir daha bunun şahidi oldum…

Bərdəli Şəhid Fəxri Qəribzadənin yaxın qohumu, anasının xalası nəvəsi Sadiq Siyavuş oğlu Musayevin böyüyüb boya-başa çatdığı, 18 illik həyatının çox hissəsini keçirdiyi baba ocağında (anasının atasıgildə) idim…

Sadiq balamızın Vətənə xidmət borcunu yerinə yetirməyə yollanması ilə bağlı düzənlənən ailə məclisindəydim…

Məclisdə Sadiqin nənələri, babaları, valideynləri, ailə üzvləri, bir neçə yaxın qohumu, Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım, Şəhid Səid Ədilovun atası Həsən kişi və başqa bir neçə nəfər iştirak edirdi…

Sadiqin babasının yaşadığı evə gerçəkdən də…ev demək olmaz…

Ev əvəzinə daxma, kümə…

İllərdir bu daxmada yaşayıblar, yaşayırlar, əgər yaşamaq demək olarsa…

Sadiq özü də qeyd etdiyim kimi, uzun illər burada yaşayıb…

Hazırda da Bakıda, 6 nəfərlik ailəsi-ana-atası və 3 qardaşı ilə birlikdə cəmi bir otaqlı evdə-kirayədə yaşayırlar…

Valideynlərinin imkanı yoxdur ki, özlərinə ev, mənzil alsınlar, ocaq istiliyi yaşasınlar…

Bəli, məhz belə bir ailənin övladı, belə bir daxmada yaşamış Şəhid qohumu bu gün Əsgərliyə yola salınır, daha doğrusu, bu daxmada məclis düzənlənib onun üçün…

Bəli, məhz Şəhid qohumu Sadiq kimi balalar Vətənin keşiyində dayana, onu göz bəbəyi kimi qoruya, onun təəssübünü çəkə bilərlər…

Necə ki, ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülmüş Fəxri Qəribzadə iki yaşından Bakıda-şəraitsiz evlərdə, kirayələrdə yaşadı (anası hələ də kirayədı olur) və Şəhidliyi ilə Vətənin başını ucaltdı…

Özü ilə birlikdə Vətənini, Azərbaycanını dünyada tanıtdı…

Ruhu köməyi olsun, Vətən sevdalısı qohumu, 18 yaşlı, birinci kursu yenicə bitirmiş Sadiq balanı!

Sağ gedib, salamat qayıtsın-Şəhid qohumu!

Allah Yar və Yardımçısı olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-174 NƏFƏR…

Read Next

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidlərinindən daha ikisinin-Asəf Əsgərov və Səid Ədilovun ailəsini ziyarət…ŞƏHİD SƏİD ƏDİLOVUN AİLƏSİNİN YAŞADIĞI EVİN VƏZİYYƏTİ İLƏ KİMSƏ MARAQLANACAQMI, KİMSƏ PROBLEMİ ARADAN QALDIRMAĞA ÇALIŞACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir