Vəzirov 92 yaşında-DÜNYASINI DƏYİŞDİ…

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

Etikxeber.az xəbər verir ki, Vəzirov bu gün səhər saatlarında Moskvada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.

O, böyrək çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub.

O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.

Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.

Və Azərbaycanı 1990-ci ilin Yanvar hadisələri ərəfəsində tərk edib və o vaxtdan da Rusiyada, Moskvada yaşayıb.

Etikxeber.az

Read Previous

Azərbaycanın Qazaxıstandakı Səfirliyindən-MÜRACİƏT…

Read Next

Azərbaycan Ordusu Qırmızı Bazar istiqamətində atəş açmayıb-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir