“Vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq”-PREZİDENTİN KÖMƏKÇİSİNDƏN XƏBƏRDARLIQ – YENİLƏNİB

Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ müzakirə olunmur.

Etikxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O, deyib ki, şənbə və bazar günlərində ictimai nəqliyyat işləmədiyi üçün yoluxma sürəti aşağı düşür:

“Bunun nəticəsində biz yoluxma sürətinə nəzarət edə bilirik”.

“Koronavirus əleyhinə vaksinasiya ilə bağlı əks göstərişi olan üçün əks göstəriş sertifikatı nəzərdə tutulur”-deyən Ş. Mövsümov bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar olacaq, həmin şəxslərə komissiyalar baxacaq, doğrudan da həmin şəxsə vaksin olmazsa, ona əks göstəriş sertifikatı veriləcək:

“Bu sertifikatın da CR kodu olacaq”.

S. Mövsümov quru sərhədlərin açılması məsələsinə də münasibət bildirib.

Deyib ki, hazırda quru sərhədlərin açılması müzakirə olunmur və nəzərdə tutulmur.

***

Sonra “Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur”-deyən Ş. Mövsümov bildirib ki, bunun qarşısını qapanmadan almaq çox çətindir:

“Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq”.

Etikxeber.az

Read Previous

Xəzər İbrahim Rəşad Məmmədovla, Vaqif Sadıqov Qalib İsrafilovla-ƏVƏZLƏNDİ, ABŞ, BÖYÜK BRİTANİYA, BELÇİKA, İSVEÇRƏ, LATVİYA VƏ ESTONİYAYA YENİ SƏFİRLƏR TƏYİN OLUNDU – SƏRƏNCAMLAR – YENİLƏNİB – (9)

Read Next

İşçilərinin 80 faizi COVİD-19-a qarşı vaksinasiya olunması tələb edilən müəssisələr müəyyənləşdi-QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir