“Vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır…”-VÜQAR QURBANOV

Müraciətlərin 90 faizi yanıq xəsarətləridir.

Etikxeber.az məlumat verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Bakıda gecə klubunda baş vermiş partlayışda xəsarət alanların səhhəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Həkimlər xəsarət alan şəxslərin vəziyyətinin bərpa olunması ilə bağlı ciddi səylə çalışırlar. Yaralıların müalicəsi davam etdirilir”-deyən V. Qurbanovun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır.

“Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara da aidiyyəti üzrə yardım göstərilib”– deyə, V. Qurbanov əlavə edib.

Etikxeber.az

Read Previous

Partlayışda xəsarət alanlardan reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6-nın durumu isə stabildir-3 QURUM BİRGƏ MƏLUMAT YAYDI

Read Next

Bakıda gecə klubunda güclü partlayış baş verdi: 1 NƏFƏR ÖLDÜ, 37 NƏFƏR XƏSARƏT ALDI, HADİSƏ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI, TÜRKİYƏ, İSRAİL SƏFİRLƏRİ VƏ Aİ NÜMAYƏNDƏSİ PAYLAŞIM ETDİ-FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir