“Vacib xal qazandıq…”- QURBAN QURBANOV

“Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər”.

Etikxeber.az Apasport.az-a istinadən məlumat verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində “Atletiko”nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Q. Qurbanov bunları deyib:

“Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

Etikxeber.az

Read Previous

“Qarabağ” – “Atletiko Madrid” oyunu başa çatdı: 0-0 – FOTO- YENİLƏNİB (3)

Read Next

Yaxın günlərdə büdcə müzakirələrinə başlanılacaq- ZİYAD SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir